“Binəqədi rayonuyla əməkdaşlıq etməyə hazırıq. ilk olaraq layihə çərçivəsində Binqədi rayon gənclərini Latviyada görmək istərdik. Tələbə gənclərin qarşılıqlı səfərlərinin təşkili həm onların dünyagörüşünə, həm də siyasi zənginliyə müsbət təsir edəcəyinə inanırıq” -bu sözləri bu günlərdə ölkəmizdə səfərdə olan Latviyanın Rezekne diyar merinin müavini Elvira Rizane bildirib.
Xanım Elvira Rizane təmsil etdiyi yaşayış məntəqəsinin zəngin tarixə malik olduğunu bildirməklə yanaşı, paytaxt Bakı şəhərinin son illər sürətlə inkişaf etdiyini dilə gətirib. Bizi birləşdirən bir sıra dəyərlərin olduğunu deyən Xanım Elvira Rizane bildirib ki, eyni dövrdə keçmiş SSRi-tərkibində olsaqda, bu gün müstəqilik, öz gerbimiz, himnimiz və suveren dövlətimiz vardır: “Hər zaman sizlərlə əməkdaşlığa hazırıq”
Xatırladaq ki, ölkəmizdəki sosial-iqtisadi inkişafla tanışlıq və yerli icra və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi aparmaq məqsədilə 03-07 aprel 2017-ci il tarixlərdə Azərbaycanda səfərdə olan Latviyanın Rezekne diyarından olan nümayəndə heyətinin - diyar merinin müavini Elvira Rizanenin, icraçı direktoru Yanis Troşkanın və informasiya şöbəsinin müdiri Madara Bertina Azərbaycanda səfərdə olublar.
Beleldiyye.info